Həmas girovlarla bağlı İsrailə ultimatum verib

Həmas girovlarla bağlı  İsrailə ultimatum verib backend

HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar bildirib ki, Fələstin hərəkatı girovları yalnız “hamı hamı üçün” düsturuna əsasən və tam atəşkəsdən sonra dəyişdirməyə razı olacaq.

Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti” “Makan 33” telekanalının yayımına istinadən xəbər verir.

Misirdəki mənbələrin “Makan 33”ə verdiyi məlumata görə, Sinvar ultimatumunu vasitəçilərlə İsrailə çatdırıb.

Onların sözlərinə görə, Sinvar deyib ki, İsrail qaçırılan insanları diri geri qaytarmaq istəyirsə, o, “hamı hamı üçün” mübadilə formuluna razılıq verməli olacaq.

Xatırladaq ki, HƏMAS İsrailin fələstinli məhbuslarla girov mübadiləsini və bir həftəlik atəşkəs təklifini rədd edib.

QAZİLER.AZ

Diaspora