Ukraynanın NATO-ya daxil olması Alyansın Rusiya ilə münaqişəyə cəlb olunmasına gətirib çıxaracaq.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban ilin sonunda keçirdiyi mətbuat konfransında bildirib. Macarıstan hökumətinin başçısı vurğulayıb ki, ona görə də Budapeşt bu üzvlüyə qarşı çıxır.
“Ukraynanın NATO-ya üzvlüyü o deməkdir ki, biz ertəsi günün səhəri ora qoşun göndərmək məcburiyyətində qalacağıq. Biz isə bunu istəmirik", - Orban deyib.
QAZİLER.AZ