Yaponiya Kiyevə təxminən 1 milyard dollar göndərib

Yaponiya Kiyevə təxminən 1 milyard dollar göndərib backend

Yaponiya Ukraynaya 950 milyon dollardan çox məbləğdə maliyyə yardımı göndərib.

Qaziler.az bildirir ki, bu barədə TASS Ukrayna Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verib.

Vəsait Dünya Bankının iki layihəsinin icrası çərçivəsində verilib. 900 milyon dollar Yaponiya hökumətinin Ukrayna əhalisinin sosial müdafiəsi ehtiyacları üçün verdiyi kreditdir. Digər 52,4 milyon dollar isə dağılmış evlərin təmiri üçün Yaponiyanın qrantıdır.

“Vəsaitlər Ukrayna büdcəsinin prioritet istiqamətlər üzrə xərclərinin artırılması, xüsusən də infrastrukturun bərpası və sosial yardımın göstərilməsi üçün istifadə olunacaq”, - departamentdən bildiriblər.

Bundan əvvəl Aİ Ukraynaya yenidənqurma üçün 150 milyon avro göndərmişdi.

QAZİLER.AZ

Diaspora