Polşada büdcəni marixuana ilə doldurmaq təklif edildi

Polşada büdcəni marixuana ilə doldurmaq təklif edildi backend

Polşa Seyminin millətçilər və avroskeptiklər “Konfederasiyası” koalisiyasının üzvü olan Slavomir Mentzen marixuana və pokerin leqallaşdırılması yolu ilə dövlət büdcəsini doldurmaq təklifi ilə çıxış edib.

Qaziler.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirib.

O xatırladıb ki, Polşada poker qanunsuzdur, ona görə də qumar həvəskarları Bratislavada milli çempionat keçirməyə məcbur olublar.

“Polşa oyunçuları istənilən yerdə vergi ödəyirlər, lakin Polşada yox. Niyə bunda dəyişiklik etməyək ki?” — Mentzen 2024-cü il büdcəsinin müzakirəsi zamanı deyib.

O, həmçinin marixuananın leqallaşdırılması və ona “aksiz vergisi” tətbiq edilməsi təklifi ilə çıxış edib.

Materialda qeyd olunur ki, Polşada marixuana yalnız tibbi məqsədlər üçün leqallaşdırılıb, pulla poker oynamaq isə tamamilə qadağandır.

QAZİLER.AZ

Diaspora