ABŞ-dan Rusiyaya Xəzərdən İŞİD-ə atılan raketlərə dair ittiham

ABŞ-dan Rusiyaya Xəzərdən İŞİD-ə atılan raketlərə dair ittiham backend

“Rusiya Xəzər dənizindən Suriyadakı hədəflərə endirilən raket zərbələri barədə xəbərdarlıq etməyib, raketlər ABŞ-ın pilotsuz təyyarəsindən bir neçə mil aralıdan keçib”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ müdafiə naziri Eşton Karter deyib.



“Onlar xəbərdarlıq etmədən Xəzər dənizi akvatoriyasındakı gəmilərdən qanadlı raketlərdən zərbələr endiriblər, raketlər pilotsuz təyyarəmizdən bir neçə mil aralıdan keçib”, deyə Karter NATO ölkələrinin müdafiə nazirlərinin iclasından sonra bildirib.

Rusiya Müdafiə Nazirliyi Baş Qərargah Baş Əməliyyat İdarəsinin rəisi Andrey Kartapolov bundan əvvəl bildirib ki, Rusiya qanadlı raketlərinin İŞİD-in Suriyadakı mövqelərinə zərbələri barədə tərəfdaşlarının hamısını məlumatlandırıb. Onun sözlərinə görə, raketlər Suriyada bütün hədəfləri dəqiq vurub.
Diaspora