Ukrayna mətbuatı ölkənin müdafiə naziri Rüstəm Umerovun ailəsinin ABŞ vətəndaşlığının olması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Müdafiə naziri Rüstəm Umerovun ailə üzvlərinin ABŞ vətəndaşı olması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Nazirin övladları (10 yaşlı oğlu, 8 və 2 yaşlı qızları) yalnız Ukrayna vətəndaşlarıdır. Umerovun ailə üzvlərinin başqa ölkə vətəndaşlığı yoxdur”, - deyə idarənin nəşrində bildirilir.
Məlumatda qeyd edilib ki, bundan əvvəl Ukraynanın UNIAN agentliyi teleqram kanalında müdafiə naziri Umerovun üç övladının ABŞ vətəndaşı olmasına dair sənədlərin surətlərini dərc edib.
QAZİLER.AZ