Qazaxıstan Senatı iki oxunuşda əcnəbilər üçün sənədlərin qəbulu zamanı barmaq izinin məcburi qeydiyyatının tətbiqi ilə bağlı qanun layihəsini təsdiqləyib.
Qaziler.az bildirir ki, məlumatı ölkə parlamentinin saytı yayıb. Məlumata görə, yeni normalar 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Əvvəllər barmaq izinin bütün Qazaxıstan vətəndaşları üçün məcburi olması nəzərdə tutulurdu. Lakin bu müddəa qanundan çıxarılıb və Qazaxıstan pasportu olan şəxslər üçün prosedur könüllü olub.
QAZİLER.AZ