Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov bildirib ki, 2023-cü ildə Rusiya Silahlı Qüvvələrinin əsas vəzifəsi Rusiyanı Krıma quru dəhlizindən məhrum etməyi planlaşdıran Ukrayna qoşunlarının əks-hücumunu dəf etmək olub.
Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin qruplaşmasının əsasını Qərb ölkələri tərəfindən təlim keçmiş və təchiz edilmiş briqadalar təşkil edirdi.
“Bu il əsas vəzifə Ukrayna Silahlı Qüvvələrinin zərbə qrupunun əks-hücumunu dəf etmək idi, onun onurğasını Qərb dövlətləri tərəfindən təlim keçmiş və təchiz olunmuş briqadalar təşkil edirdi. Ukrayna Silahlı Qüvvələrinin komandanlığı hücum əməliyyatları zamanı qruplarımızı məğlub etməyi və Rusiyanı Krıma quru dəhlizindən məhrum etməyi planlaşdırırdı”, - general deyib.
QAZİLER.AZ