Rusiya Nəqliyyat Nazirliyi hazırda Pekinə uçuşlar üçün təyyarələrin akkreditasiyası ilə bağlı Çin Xalq Respublikasının aviasiya orqanları ilə işləyir.
Qaziler.az-ın TASS-a istinadla verdiyi məlumata görə, departament vurğulayıb ki, “Aeroflot” qrupunun imkanları “Rossiya Hava Yolları”nın sərnişinlərini daşımaq üçün kifayətdir.
“Rusiya Hava Yollarının Pekin Beynəlxalq Hava Limanına (Daxing) uçuşlarının davam etdirilməsi üçün Çinin aviasiya hakimiyyət orqanları ilə təyyarələrin akkreditasiyası ilə bağlı əməliyyat məsələlərinin həlli istiqamətində iş aparılır”, - məlumatda qeyd edilib.
Bundan əvvəl “Aeroflot” qrupuna daxil olan “Rossiya” aviadaşıyıcısı Vladivostok, İrkutsk və Krasnoyarskdan Pekinə bir sıra reysləri ləğv edib. Ləğv edilən reyslərdəki sərnişinlərin Pekinə göndərilərək alternativ reyslərlə geri qaytarılacağı qeyd edilib.
QAZİLER.AZ