Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin mətbuat konfransında təqdim etdiyi sorğunun nəticələrinə görə, rusların əksəriyyəti (55%) 2023-cü ildə əsas siyasətçi kimi Rusiya prezidenti Vladimir Putini seçib.
İlk üçlüyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və baş nazir Mixail Mişustin də daxil olub.
Qaziler.az xəbər verir ki, konfrans “Vkontakte”də “ВЦИОМ” səhifəsində yayımlanıb.
Sorğunun nəticələrinə görə, vətəndaşların 21 faizi Mişustinin, 16 faizi isə Lavrovun adını çəkib. Bundan əlavə, mərkəz müəyyən edib ki, rusların fikrincə, ilin yazıçısı Zaxar Prilepin (5%), idmançılar arasında birinci yer isə Olimpiya çempionu Roman Kostomarov (8%) olub. Sorğu dekabrın 8-dən 16-dək 18 yaşdan yuxarı 1600 Rusiya vətəndaşı arasında keçirilib.
QAZİLER.AZ