Argentinanın yeni prezidenti fövqəladə vəziyyət elan edib

Argentinanın yeni prezidenti fövqəladə vəziyyət elan edib backend

Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley ölkəsinin iqtisadiyyat, səhiyyə və sosial sektorlarında fövqəladə vəziyyət elan edib.

Müvafiq fərman hökumət qəzetində dərc olunub.

Fövqəladə vəziyyətin 31 dekabr 2025-ci ilə qədər davam edəcəyi elan olunub.

Qeyd olunur ki, islahatlar paketi Argentina iqtisadiyyatının liberallaşdırılmasına xidmət edir.

“Fərmanda 360-dan çox maddə var ki, onların da əhəmiyyətli bir hissəsi mövcud qanunları ləğv edir və ya onlara dəyişikliyi nəzərdə tutur. Fərman dərc edildiyi gündən qüvvəyə minir”, - dərc edilən mətndə qeyd olunur.

İslahatlar paketi Konqresə təqdim olunacaq. Fərman yalnız parlamentin hər iki palatası onu etibarsız saydığı halda ləğv edilə bilər.

Mənbə: TASS

Diaspora