Aİ ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq

Aİ ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq backend

Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, alyansa üzv olan ölkələr Qırmızı dənizdə gəmilərin təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın əməliyyatına qoşulmaq qərarına gəliblər.

Qaziler.az xəbər verir ki, bu barədə Borrell “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, husilərin hərəkətləri Qırmızı dənizdə gəmilərin sərbəst hərəkəti üçün təhlükəyə çevrilib. Avropa İttifaqı ölkələrinin növbədənkənar iclasının nəticələrinə görə, alyans Amerikanın Rifahın Mühafizəsi əməliyyatına qoşulmaq qərarına gəlib.

Xatırladaq ki, dekabrın 15-də Danimarkanın “Maersk” gəmiçilik şirkətinin konteyner gəmisi Qırmızı dənizdə yəmənli husilərin hücumuna məruz qalıb.

QAZİLER.AZ

Diaspora