Səudiyyə Ərəbistanı analitikləri Qəzza zolağında döyüşləri dayandırmaqla İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün sülh planı hazırlayıb Fransa Xarici İşlər Nazirliyinə təqdim ediblər.
Qaziler.az xəbər verir ki, bu barədə “Monde” qəzeti müvafiq sənədə istinadən məlumat yayıb.
Plana görə, radikal HƏMAS qruplaşmasının hərbi rəhbərliyinin Əlcəzairə evakuasiya edilməsi bu ölkənin qrupun əsas sponsorları olan Qətər və İranla yaxşı münasibətlərinə görə nəzərdə tutulur. Bundan əlavə, əsas partiyalar - HƏMAS, İslami Cihad və FƏTH-i birləşdirən keçid şurasının yaradılması və onun prezident və parlament seçkilərinin təşkili məqsədi ilə dörd il müddətinə regionun idarə olunmasına məsul təyin edilməsi təklif edilir. Sənəddə BMT-nin mandatına uyğun olaraq Qəzzada ərəb sülhməramlı qüvvələrinin yerləşdirilməsi də təklif edilir.
QAZİLER.AZ