Rusiya Fövqəladə Hallar Nazirliyinin İL-76 təyyarəsi Qəzza zolağına çatdırılması üçün Misirə humanitar yardım göndərib.
Qaziler.az bildirir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.
Qeyd olunur ki, rusiyalı xilasedicilər 18 tondan çox humanitar yükü Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil veriblər. Bu yardım daha sonra Qəzza zolağının sakinlərinə göndəriləcək. Humanitar yardıma dərman və zərərçəkmişlərin reabilitasiyası üçün texniki vasitələr daxildir.
QAZİLER.AZ