Rusiyanın döyüş aviasiyası Suriyanın Homs əyalətində İŞİD terror qruplaşmasının 8 dayaq məntəqəsinə zərbələr endirib. Nəticədə terrorçuların müdafiə istehkamları tamamilə dağıdılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“Su-25 və Su-34 bombardmançı təyyarələri Homs əyalətində terrorçuların 8 dayaq məntəqəsinə zərbələr endirib. Atəş zərbələri nəticəsində silahlıların istehkamları tamamilə dağıdılıb”, deyə general bildirib.