Kişi çaya görə oğlunun gözü qarşısında arvadının başını kəsdi

Kişi çaya görə oğlunun gözü qarşısında arvadının başını kəsdi backend

Hindistanlı kişi sevimli içkisini vaxtında gətirmədiyi üçün arvadının başını qılıncla kəsib.

Qaziler.az bildirir ki, bu barədə News9Live məlumat yayıb.

Uttar Pradeş ştatının Qaziabad şəhərindən olan Dharamveer adlı kişi çay vərdişinə görə arvadı ilə uzun müddət mübahisə edib. 50 yaşlı Sundari adlı qadın çayın onun sağlamlığına zərərli olduğunu israr edib. Lakin kişi ona qulaq asmayıb və sevimli içkisini içməyə davam edib.

Çərşənbə axşamı səhər Dharamvir çay üstündə həyat yoldaşı ilə yenidən mübahisə edib. O, Sundariyə içki gətirməsini desə də, qadın onun istəyinə məhəl qoymayıb. Kişi  qəzəblənərək evdə saxladığı qılıncla arvadına hücum edib və oğullarından birinin gözü qarşısında onun başını kəsib.

Həmin şəxs cinayəti törətdikdən dərhal sonra evdən qaçıb. 

Hazırda polis cinayətkarı axtarır.

QAZİLER.AZ

Diaspora