Rusiya Mərkəzi Seçki Komissiyasına (MSK) ölkədə prezident seçkisi ilə bağlı 16 namizədin ərizəsi daxil olub.
Bu barədə komissiya sədri Ella Pamfilova iclas zamanı məlumat verib.
“Hazırda Rusiya Federasiyası prezidentliyinə seçki ilə bağlı 16 namizəddən ərizə almışıq. Kampaniya aktiv fazaya daxil olub”, - deyə Pamfilova qeyd edib.
O, həmçinin əlavə edib ki, MSK-nın məlumatına görə, ərizələrin sayı artacaq.
Mənbə: TASS / Oxu.az