Minlərlə slovakiyalı hökumətə etiraz etmək üçün küçələrə çıxıb

Minlərlə slovakiyalı  hökumətə etiraz etmək üçün küçələrə çıxıb backend

Minlərlə slovakiyalı Fiko hökumətinə etiraz etmək üçün küçələrə axışıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, aksiyaya minlərlə slovakiyalı çıxıb.

“Koalisiya hökumətinin təklif etdiyi dəyişikliklər arasında rüşvətxorluq, mütəşəkkil cinayətkarlıq və ekstremizm kimi ağır cinayətlərlə məşğul olan xüsusi prokurorluğun yanvarın ortalarına qədər ləğv edilməsi təklifi də var”, -deyə məlumatda bildirilir.

Slovakiya hökumətinin təklifinə əsasən, indi bu işlər 20 il ərzində belə cinayətlərlə məşğul olmayan regional idarələrin prokurorlarına verilməlidir.

Qeyd olunur ki, müxalifətin təşkil etdiyi mitinqlər Koşitse, Pryaşev, Poprad, Banska Bistrisa, Zilina, Nitra, Trnava, Trençin, Spisska Nova Ves, Liptovski Mikulas və Povazska Bistrisa şəhərlərində keçirilib. Küçələrdəki izdiham "Ficodan doymuşuq" deyə qışqırdı.

Aparıcı müxalif “Progressive Slovakia” partiyasının lideri Mixal Şimeçka hesab edir ki, dəyişikliklər “mafiya və korrupsioner məmurlar üçün amnistiyaya səbəb olacaq”.

Qeyd olunur ki, Fiko hökumətinin qəbul etdiyi qanunvericilik parlament və prezidentin təsdiqini tələb edir. Üç partiyalı koalisiya parlamentdə çoxluğa malikdir.

Xüsusilə, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər korrupsiyaya görə cəzaların yüngülləşdirilməsini də nəzərdə tutur.

 

QAZİLER.AZ

Diaspora