Qətər və Misirin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəsin mümkünlüyü ilə bağlı intensiv danışıqlar aparılır.
"Report" xəbər verir ki, bu barədə “Reuters” danışıqların gedişi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, tərəflər yeni atəşkəs çərçivəsində HƏMAS-ın İsrailin fələstinli məhbusları azad etməsi müqabilində israilli girovlarının bir qismini geri qaytarması ehtimalını müzakirə edirlər. Azad ediləcək şəxslərin sayı hələ də müzakirə olunur.