ABŞ prezidenti Co Bayden sələfi Donald Trampı Rusiya liderinin sözlərindən sitat gətirdiyinə görə Rusiya prezidenti Vladimir Putinin köhnə dostu adlandırıb.
Qaziler.az bildirir ki, bu barədə TASS dekabrın 20-də Ağ Evin jurnalistlərinə istinadən məlumat yayıb.
Şənbə günü, dekabrın 16-da Tramp Nyu-Hempşirdə seçki kampaniyası zamanı Putinin Amerika siyasi sisteminin tənəzzülü mövzusunda dediklərini seçicilərə çatdırıb.
“Tramp bu həftə sonu köhnə dostu (Vladimir) Putini dəstəklədi. Tramp hətta bu həftə sonu ondan sitat gətirib. Bu təəccüblü deyil”, - deyə Bayden cavab verib.
Onun fikrincə, Moskva ilə Mar-a-Laqo (Trampın Floridadakı iqamətgahı - red.) arasında bir çox məsələlərdə razılıq var.
QAZİLER.AZ