85 yaşlı təqaüdçü istəmədiyi yeməyə görə arvadını öldürdü

85 yaşlı təqaüdçü istəmədiyi yeməyə görə arvadını öldürdü backend

ABŞ-dan olan təqaüdçü həyat yoldaşının hazırladığı "blinçiklər"i yemək istəməyib və ona bıçaqla hücum edib.

Qaziler.az bildirir ki, bu barədə 6ABC məlumat yayıb.

Vaşinqtonda yaşayan 85 yaşlı Stiven Şvarts arvadını məişət münaqişəsi zamanı öldürməkdə şübhəli bilinərək həbs edilib.

Evdə səs-küy eşidən qonşular polisə müraciət ediblər. Hadisə yerinə gələn polis 81 yaşlı Şeron Şvartsı yerdə cansız vəziyyətdə tapılıb.

Sorğu zamanı Şvarts bildirib ki, o, bu yaxınlarda insult keçirib, bundan sonra onun yemək vərdişləri çox dəyişib. İştahı xeyli azaldığına görə də arvadı ona kökəlmək üçün yemək yedirtməyə çalışırmış.

Həmin səhər Şeron Şvarts ərini "blinçik" yeməyə razı salmağa çalışsa da, o, bundan imtina edib.

Sonra qadın ərinə onun xatirinə səhər yeməyi yeməyi xahiş edib, çünki "onu çox sevir və yaxşılaşmasını istəyir". Kişi "blinçik" yemək istəmədiyini bildirərək boşqabı divara çırpıb.

Sonra öz dediyinə görə, bıçağı götürərək özünü kəsməklə hədələyib. Ancaq növbəti saniyədə Şvarts arvadını yerdə görüb. Müstəntiqlər onun dəqiq nə etdiyini soruşduqda yaşlı adam belə cavab verib: “Mən onu, sonra da özümü bıçaqladım".

QAZİLER.AZ

Diaspora