Husilər ABŞ koalisiyasına qoşulanları hədələyiblər

Husilər ABŞ koalisiyasına qoşulanları hədələyiblər backend

Qırmızı dənizi qorumaq üçün ABŞ koalisiyasına qoşulan ölkələrin gəmiləri Yəmən husilərinin hücumuna məruz qalacaq.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bunu dekabrın 19-da "Ənsar Allah" siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi deyib.

"Bizə qarşı çıxan istənilən ölkənin gəmiləri Qırmızı dənizdə hücuma məruz qalacaq", -deyə o bildirib.

QAZİLER.AZ

Diaspora