Hindistanın cənubundakı Tamil Nadu ştatında daşqınlar nəticəsində azı 10 nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 19-da Indian Express qəzeti məlumat yayıb.
Daşqınlara dekabrın 17-dən bəri davam edən leysan yağışları səbəb olub. Təxminən 7 min insan müvəqqəti sığınacaqlara köçürülüb, hökumət zərərçəkənlər üçün 85 min ərzaq bağlaması hazırlayıb.
Daşqın nəqliyyatın dayanmasına səbəb olub. 800-ə yaxın sərnişin qatarı istifadəyə yararsız giriş yolu səbəbindən dəmir yolunda qalıb və qatarda qalmağa məcbur olub. Təyyarədə olan hamilə qadın helikopterlə təxliyə edilib.
QAZİLER.AZ