MİT-dən əməliyyat: İŞİD-in "məsul şəxs"i ələ keçirilib

MİT-dən əməliyyat: İŞİD-in "məsul şəxs"i ələ keçirilib backend

MİT terror təşkilatı İŞİD-ın Dəməşq administrasiya və maliyyə məmuru Huzeyfe Al Murini Mersində keçirdiyi əməliyyatla ələ keçirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Milli Kəşfiyyat Təşkilatının apardığı kəşfiyyat və risk analizi nəticəsində, münaqişə bölgələrində təşkilat üzvlərinə maliyyə yardımını koordinasiya edən İŞİD-in sözdə Şam Vilayəti İnzibati və Maliyyə Sorumlusu Eyyüp Huzeyfe Əl Murinin yeri dekabr ayında müəyyən edilib.

Eyyüp Huzeyfe Əl Muri MİT və EGM-nin koordinasiyalı işi nəticəsində Mersində səhər saatlarında həyata keçirilən əməliyyat zamanı ələ keçirilib.

QAZİLER.AZ

Diaspora