Müxalif mərkəzçi partiyanın sədri, Tallin şəhərinin meri Mixail Kılvart Estoniya parlamentinin sədrinə respublikanın baş naziri Kay Kallasın istefasını tələb edən petisiya təqdim edib.
Qaziler.az bildirir ki, bu barədə siyasi qüvvənin mətbuat xidməti məlumat yayıb.
Partiyanın təşəbbüsü ilə parlamentə müraciəti 30 minə yaxın ölkə sakini imzalayıb. Kılvartın sözlərinə görə, bu, “cəmiyyətdə artan narazılığı açıq şəkildə əks etdirir”.
“Hökumət iqtisadiyyatın tənəzzülə davam etdiyini, insanların yoxsullaşdığını, müəssisələrin müflisləşməsini və işsizliyin artmasını biganəliklə izlədi. Baş nazir insanlara kömək etmək əvəzinə yalnız vergiləri artırmaqla məşğuldur”, - o, bildirib.
QAZİLER.AZ