“2023-cü ildə Rusiya Silahlı Qüvvələrinə 490 minə yaxın müqaviləli əsgər və könüllü qoşulub”.
Qaziler.az xəbər verir ki, məlumatı Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbi idarənin genişləndirilmiş kollegiya iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, dörd mindən çox tələbə döyüş tapşırıqlarını yerinə yetirməyə başlamaq üçün müstəqil olaraq akademiyadan məzuniyyətə çıxmaq qərarına gəlib.
“Hər gün yarım mindən çox insan hərbi xidmət üçün müraciət edir. Təkcə bu il dörd yüz doxsan minə yaxın müqaviləli və könüllü hərbi qulluqçu orduya cəlb edilib”, - Şoyqu bildirib.
QAZİLER.AZ