İndoneziyada məmurların arvadları korrupsiyada ittiham edilib

İndoneziyada məmurların arvadları korrupsiyada ittiham edilib backend

“Korrupsioner məmurların arvadları ərlərinin cinayətlərinə görə cavabdehdirlər”.

Qaziler.az bildirir ki, “NEWS.ru” “Prime” agentliyinə istinadla xəbər verir ki, bunu İndoneziya Ədliyyə Nazirliyinin rəhbəri Mohammad Mahfud qadınların dövlət quruculuğundakı rolunu müzakirə etmək üçün keçirilən görüşdə deyib. Nazirin sözlərinə görə, hazırda bir çox siyasətçilər arvadları pis olduğuna görə həbsdədirlər.

“Bir çox hallarda ərlər arvadları pis olduğu üçün cinayətə əl atırlar. Bir çox rüşvətxor məmurlar arvadları onlardan tələb etdiyi üçün indi həbsdədirlər. Onların maaşı 20 milyon rupi (1400 dollar), lakin xərcləri 50 milyon rupi (3200 dollar) təşkil edir”, - Mahfud qeyd edib.

Nazirin bu açıqlaması qadın hüquqları üzrə müdafiəçilərin mənfi reaksiyasına səbəb olub.

QAZİLER.AZ

Diaspora