Maya Sandu Avstriya prezidentini dişləyən itlə danışıb

Maya Sandu Avstriya prezidentini dişləyən itlə danışıb backend

Moldova prezidenti Maya Sandu noyabrda Avstriya prezidenti Aleksandr Van der Bellenin əlini dişləyən Kodruç adlı it ilə söhbət etdiyini bildirib.

Qaziler.az bildirir ki, bu barədə “EADaily” Moldova mətbuatına istinadən xəbər verib.

Sandunun sözlərinə görə, Avstriya lideri itə hədiyyə - oyuncaq ayı göndərməklə diplomatik biabırçılığı aradan qaldırıb.

“Kodruç ilə söhbət etdim. Düşünürəm ki, bu, mənim də günahım idi, çünki orada çox adam var idi və o, belə bir tədbirə hazır deyildi. Avstriya prezidenti ona hirslənmədi. Çenki onun da evində bir it balası var. Həmçinin o, böyük heyvansevərdir”, - Moldova Prezidenti qeyd edib.

Xəbərdə qeyd edilib ki, sözügedən hadisə noyabrın 17-də baş verib. Van der Bellen iti sığallamaq istəyərkən onun əlini dişləyib. Kodruç küçə iti olub. Lakin maşın onu vurduqdan və pəncəsini itirdikdən sonra Moldova prezidentinin administrasiyasında yaşayır.

QAZİLER.AZ

Diaspora