Çində zəlzələ nəticəsində beş minə yaxın ev dağılıb, ölənlərin sayı artıb

Çində zəlzələ nəticəsində beş minə yaxın ev dağılıb,  ölənlərin sayı artıb backend

Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində gecə yarısı baş verən zəlzələ nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb, 250-dən çox insan yaralanıb.

Qeyd olunur ki, hazırda 20 nəfər itkin düşmüş hesab olunur.

Məlumatda həmçinin qeyd olunur ki, qeydə alınan 6,2 bal gücündə zəlzələ 5 minə yaxın evin dağılmasına səbəb olub.

Mənbə: TASS