KXDR ballistik raketini sınaqdan keçirib

KXDR ballistik raketini sınaqdan keçirib backend

Şimali Koreya ABŞ və Cənubi Koreyanın düşmən hərəkətlərinə cavab olaraq “Xvason-18” qitələrarası ballistik raketini sınaqdan keçirib.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Raketin 6 518,2 km maksimum uçuş hündürlüyündə 1 002,3 km məsafəni 4 415 saniyəyə qət etdiyi bildirilir.

“Raket dəqiqliklə nəzərdə tutulan akvatoriyaya dəydi”, - nəşr yazıb.

Şimali Koreya lideri Kim Çen In qeyd edib ki, “Xvason-18” qitələrarası ballistik raketinin sınağı ABŞ-ın “səhv qərar” qəbul edəcəyi təqdirdə Şimali Koreyanın nəyə hazır olduğunun göstəricisidir.

Daha əvvəl KXDR-in Müdafiə Nazirliyi bildirib ki, məhz ABŞ Cənubi Koreya ilə təlimlər keçirməklə, həmçinin strateji silahları, o cümlədən bombardmançı təyyarələri və nüvə sualtı qayıqlarını bölgəyə köçürməklə regionda sabitliyi pozur.

Diaspora