Çinin Qansu əyalətində bir neçə dəfə zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, Qansu əyalətiinin polis korpusunun zabit və əsgərləri fəlakət bölgəsinə göndəriliblər.
Zəlzələ əyalətin Linsia, Sişişan dairələrində dağıntılar törədib. Polis korpusu xilasetmə əməliyyatlarını həyata keçirmək üçün təcili olaraq Taosya, Yanday, Tuansye kəndlərinə və Liszya qəsəbəsinə birləşmələr göndərib. Polis və hərbçilər yaralıların axtarışına, xilas edilməsinə başlayıblar.
İlkin məlumata görə, 45 nəfər xilas edilib və ərazidən təxliyə olunub. Ölkənin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində baş vermiş zəlzələ qurbanlarının sayı azı 116 nəfərə çatıb.