ABŞ UNO-lar haqqında məlumatların məxfiliyini LƏĞV edir

ABŞ UNO-lar haqqında məlumatların məxfiliyini LƏĞV edir backend

ABŞ Konqresi UNO-lar haqqında məlumatların məxfilikdən çıxarılmasına icazə verən qanun layihəsini dəstəkləyib.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşr qeyd edir ki, qanun ABŞ prezidenti Co Bayden tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Yenilik naməlum anomal hadisələrə, naməlum mənşəli texnologiyalara və qeyri-insani intellektə aid olan dövlət sənədlərinin ictimaiyyətə açıqlanacağını nəzərdə tutur.

“Sənədlər yaradıldıqdan sonra 25 il ərzində dərc edilməlidir”, - nəşr qeyd edib.

QAZİLER.AZ

Diaspora