Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin oğlu İlya Medvedyev Avropa İttifaqının 12-ci anti-Rusiya sanksiyalar paketi çərçivəsində məhdudiyyətlərə məruz qalan şəxslər siyahısına daxil edilib.
Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan sənəddə deyilir.
Sənəddə qeyd edilib ki, Təhlükəsizlik Şurası sədrinin müavininin oğlu DXR, LPR, Xerson və Zaporojye vilayətlərində rəqəmsal xidmətlərin göstərilməsini təşkil edir. Aİ hesab edir ki, bununla da o, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan, təhdid edən hərəkətləri və siyasəti dəstəkləyir.
Sənədə əsasən, Aİ-nin 12-ci anti-Rusiya sanksiyaları paketi daxilindəki siyahıya 86 təşkilat və 61 fiziki şəxs daxil olmaqla ümumilikdə 147 şəxs daxil edilib.
QAZİLER.AZ