Minlərlə müxalifət tərəfdarı “Serbiya Zorakılığa Qarşı” blokun liderləri Marinika Tepiç və Miroslav Aleksiçin çağırışı ilə Belqradın mərkəzinə toplaşıb.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nəşr qeyd edir ki, insanlar Belqrad administrasiyasının binası yaxınlığında toplaşıblar. Etirazçılar hakim partiyanın başçılıq etdiyi koalisiyanın məclis seçkilərində bülletenlərin 92,5 faizinin işlənməsi nəticəsində 39,34 faiz, müxalifət bloku isə 34,27 faiz səs toplayan koalisiyanın qələbəsi ilə razılaşmadıqlarını bildirirlər.
Agentliyin müxbiri iddia edir ki, müxalifət tərəfdarları Belqradın mərkəzi küçələrində nəqliyyatın hərəkətini bağlayıb və həmçinin Respublika Seçki Komissiyasının binasının girişində etiraz aksiyasını davam etdirirlər.
QAZİLER.AZ