Norveç Rusiya təyyarəsinin hava məkanına daxil olmasına icazə verib

Norveç Rusiya təyyarəsinin hava məkanına daxil olmasına icazə verib backend

“N4-555 Moskva – Varadero” (Kuba) reysini həyata keçirən “Nordwind Airlines” sərnişin təyyarəsi Norveç hava məkanından uçmaq üçün icazə alıb.

Qaziler.az bildirir ki, bu haqda NRK telekanalı xəbər yayıb. Bildirilib ki, Oslo bu qərarı laynerdə yaranmış fövqəladə vəziyyətə görə verib.

“Təyyarədə təcili tibbi durum ona Norveç hava məkanından istifadə etmək üçün icazə verir. Hazırda o, Moskvaya qayıdır”, - ölkənin 43 hava limanını idarə edən “Avinor” dövlət şirkəti bildirib.

“Nordwind Airlines” daha sonra aydınlaşdırıb ki, iki sərnişinin vəziyyətinin pisləşməsi ilə əlaqədar təyyarə Moskva hava limanına qayıdıb. Təyyarə Moskva vaxtı ilə təxminən saat 19:00-da Rusiya paytaxtına eniş edib.

QAZİLER.AZ

Diaspora