Pentaqon Finlandiya hərbi bazalarına giriş əldə edəcək

Pentaqon Finlandiya hərbi bazalarına giriş əldə edəcək backend

ABŞ və Finlandiya ikitərəfli müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, sənədin imzalanma mərasimi ABŞ Dövlət Departamentinin saytında yayımlanıb.

Razılaşmaya əsasən, Amerika qoşunlarının Finlandiyadakı 15 hərbi bazasına çıxışı olacaq. Mərasimdə ABŞ dövlət katibi Antoni Blinken, Finlandiyanın müdafiə naziri Antti Hyakyanen və Finlandiyanın xarici işlər naziri Elina Valtonen iştirak ediblər.

“Bu il Finlandiya və ABŞ arasında əməkdaşlıq baxımından tarixi il olub”, - Blinken konfrans zamanı deyib.

Məlumatda qeyd edilib ki, Birləşmiş Ştatlar həmçinin sərhəd mühafizə və müdafiə kazarmalarına, hava bazalarına, təlim poliqonlarına və qarnizonlara da çıxış əldə edəcək. Bəzi obyektlər yalnız ABŞ qüvvələrinin istifadəsinə veriləcək.

QAZİLER.AZ

Diaspora