Putin məzuniyyətə çıxıb? - Peskovdan açıqlama

Putin məzuniyyətə çıxıb? - Peskovdan açıqlama backend

Rusiya prezidenti Vladimir Putin seçki kampaniyası dövründə dövlət başçısı vəzifəsini davam etdirir.

Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, qanunla Putin bu müddət ərzində məzuniyyətə getməli deyil.

“Qanunla Rusiya lideri bunu etməməlidir. O, dövlət başçısı kimi vəzifələrini yerinə yetirməkdə davam edir”, – Peskov bildirib.

Qeyd edilib ki, dekabrın 18-də Putin prezidentliyə namizəd kimi qeydiyyatdan keçmək üçün Mərkəzi Seçki Komissiyasına sənədlər təqdim edib. Prosedur zamanı o, pasportunu təqdim edib və bütün lazımi sənədləri imzalayıb. Putin qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürmək üçün sənədləri təqdim edən ilk şəxs olub.

QAZİLER.AZ