Böyük Britaniyanın neft-qaz şirkəti BP Qırmızı dəniz vasitəsilə neftin tankerlərlə daşınmasını dayandırmaq qərarına gəlib.
Qaziler.az xəbər verir ki, bu haqda məlumatı “Bloomberg” yayıb. Xəbərdə qeyd olunub ki, bu, naviqasiya təhlükəsizliyinin pisləşməsi ilə bağlıdır.
“Qırmızı dənizdə gəmiçilik üçün təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda BP bütün tranzitləri müvəqqəti dayandırmaq qərarına gəlib”, - “Bloomberg” şirkətin bəyanatından sitat gətirib.
Bundan əvvəl ABŞ Ordusu Mərkəzi Komandanlığı Qırmızı dənizdə "Strinda" ticarət gəmisinin atəşə tutulması ilə bağlı məlumatı rəsmən təsdiqləyib. Məlumata görə, hücum yəmənli husilərin nəzarəti altında olan ərazidən həyata keçirilib. Ehtimal olunur ki, tanker Bab əl-Məndəb boğazından keçərkən gəmi əleyhinə qanadlı raketlə vurulub.
QAZİLER.AZ