İsrail əsgərləri HAMAS üzvlərindən birinin evində bir milyon avrodan çox pul tapıblar.
APA xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, İsrail ordusunun əsgərləri Qəzzanın Cəbəliyyə rayonundakı evdə beş milyon şekel (təxminən 1,25 milyon avro) olan çamadanlar tapıblar.
Məlumatda bildirilib ki, pul terror fəaliyyəti üçün nəzərdə tutulub. Çamadanların yanında hərbçilər külli miqdarda silah tapıblar.