Qazaxıstanın Çimkənd şəhərində, Kunayev prospektində yerləşən 17 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Kazinform-un müxbiri Çimkənd Fövqəladə Hallar İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 10-cu mərtəbədəki mənzillərdən birində mətbəxdən yanğın başlayıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər əvvəlcə iki nəfəri təxliyə ediblər. Qonşu mənzillərin sakinləri olan daha 50 nəfər yanğından xəbər tutaraq binanı tərk edib. Yanğınsöndürənlər yarım saat ərzində yanğınla mübarizə aparıb və saat 14:48-də yanğını tam söndürüblər.
Ölən və xəsarət alan yoxdur. Yanğının başvermə səbəbi müəyyənləşdirilir.
QAZİLER.AZ