Estoniya sərhədçiləri dekabrın 16-da və 17-də Rusiya ilə sərhəddə yerləşən Narva şəhərindəki keçid məntəqəsində təxminən əlli əcnəbi vətəndaşı respublikaya buraxmayıblar.
Qaziler.az bildirir ki, bu barədə “İnterfaks” Şərq prefekturasının mətbuat xidmətinə istinadən yazır.
Ümumilikdə 45 əcnəbi Rusiya Federasiyası ərazisinə geri göndərilib. Onların arasında Moldova, Ukrayna, İsrail, Əlcəzair, Türkiyə və Avstraliya vətəndaşları da var. Onlardan başqa doqquz rusiyalı da vətəninə qayıdıb.
QAZİLER.AZ