Krım sakini dövlətə xəyanət ittihamı ilə saxlanılıb

 Krım sakini dövlətə xəyanət ittihamı ilə saxlanılıb backend

Rusiyanın Pskov vilayətində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krım sakinini Ukraynanın xeyrinə dövlətə xəyanətdə ittiham edərək saxlayıblar.

Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, dekabrın 18-də FTX-nin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki,  həmin şəxs 2022-ci ilin avqust-dekabr ayları ərzində yarımadanın ərazisində Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələrinin şəxsi heyətini, hərbi texnikasını və mövqelərini lentə alıb.

Bundan əlavə, o, xüsusi proqram təminatından istifadə edərək Rusiya qoşunlarının texnikası və şəxsi heyətinin yerləşdiyi yerin koordinatlarını müəyyənləşdirib və bu məlumatı Ukrayna Silahlı Qüvvələrinə və Ukrayna Təhlükəsizlik Xidmətinə ötürüb.

Mətbuat xidməti əlavə edib ki, saxlanılan şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Dövlətə xəyanət” maddəsi ilə cinayət işi açılıb.

QAZİLER.AZ

Diaspora