Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
QAZILER.AZ. Publika.az-a istinaden xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Yaponiyanın Müdafiə Nazirliyi də KXDR-in ballistik raket buraxdığını ehtimal edir. Hələlik raketin xarakteristikası və uçuş detalları barədə məlumat yoxdur.
Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Koreya rəsmiləri KXDR-in qitələrarası ballistik raket buraxmağa hazırlaşması barədə kəşfiyyat məlumatını açıqlayıb. Dekabrın 17-də səhər saatlarında ABŞ-ın “USS Missouri” atom sualtı qayığı Şimali Koreyanın ehtimal olunan qitələrarası ballistik raket buraxılışı ilə əlaqədar narahatlıq fonunda müttəfiqi Cənubi Koreyaya dəstək məqsədilə Busan şəhərindəki hərbi dəniz bazasına çatıb. Təxminən 3 həftə əvvəl isə ABŞ-ın “USS Santa Fe” atom sualtı qayığı Cənubi Koreyanın Cecu adasındakı hərbi dəniz bazasına gəlib.