Böyük Britaniyanın Ekvadordakı fəxri konsulu və tanınmış iş adamı Kolin Armstronq qaçırılıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə "El Universo" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə şənbə günü səhər tezdən Los Rios əyalətində baş verib.
Öz növbəsində Ekvador polisi “X” sosial şəbəkəsindəki səhifəsində bildirib ki, sübh tezdən Los Riosda iş adamına qarşı törədilmiş cinayətlə əlaqədar ölkə polisinin ixtisaslaşmış bölmələri istintaq-əməliyyat tədbirləri həyata keçirir.
Yerli mətbuatın məlumatına görə, konsulla birlikdə onun həyat yoldaşı da qaçırılıb.