Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı Elia Toledano Qəzza zolağına endirilən hava zərbəsi nəticəsində həlak olub.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, 28 yaşlı Elia Toledano İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərini bombalaması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.
Diplomat Fransa Baş Konsulluğundan olan həmkarlarının evinə sığınıb. Evə hücum nəticəsində onadək adam həlak olub.