Suriyanın şimal-şərqində yerləşən ABŞ hərbi bazası raket hücumlarına məruz qalıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Mayadin" telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ hərbi obyektində bir neçə güclü partlayış baş verib. Tələfat və maddi ziyanla bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, bundan əvvəl Suriyanın şimal-şərqində Koniko qaz yatağı yaxınlığındakı ABŞ bazası raket atəşinə tutulub. Hər iki hücuma görə məsuliyyəti İraq İslam Müqaviməti şiə hərəkatı öz üzərinə götürüb.