Avropada əhalisinin sayına görə ən çox qaçqın qəbul edən ölkələrdən olan İsveçə bu il suriyalı, əfqan və iraqlılar olmaqla 100 minə yaxın sığınacaq axtaran şəxsin gəlməsi gözlənilir.
Avropada əhalisinin sayına görə ən çox qaçqın qəbul edən ölkələrdən olan İsveçə bu il suriyalı, əfqan və iraqlılar olmaqla 100 minə yaxın sığınacaq axtaran şəxsin gəlməsi gözlənilir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İsveçin Qaçqınlar Ofisinin məlumatına görə, İsveçə avqustda 11 min 744 və sentyabrda 24 min 306 qaçqın gəlib. Oktyabrın 1-dən 7-dək isə bu ölkə 8 min 362 sığınacaq axtaran şəxs qəbul edib. Bu ilin ötən dövründə isə İsveçə 81 min 441 qaçqın ayaq basıb.
Əhalisi 9,6 milyon olan İsveçə keçən il 81 min sığınacaq axtaran şəxs gəlmişdi.