ABŞ administrasiyasından  alçaldıcı hərəkət: Bu ölkənin nazirini...

ABŞ administrasiyasından  alçaldıcı hərəkət: Bu ölkənin nazirini... backend

Macarıstan Xarici işlər naziri Peter Szijyarto ABŞ administrasiyasının ona qarşı alçaldıcı rəftarından danışıb.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, diplomat bu barədə "Mandiner" portalına müsahibəsində bildirib.

Siyasətçinin sözlərinə görə, Vaşinqtonda ona başa salıblar ki, əgər Macarıstanın Baş naziri Viktor Orban Ağ Evdə qəbul olunmayıbsa, o zaman ABŞ dövlət katibi də onu qəbul etməyəcək. Nəticədə Szijarto o vaxt dövlət katibinin köməkçisi vəzifəsində çalışan Viktoriya Nulandla görüş keçirib.

Macarıstan Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, söhbət ona “iki səhifəlik sənədləri” atdıqları kiçik qəhvə masasında baş tutub. Sənəddə Budapeştin bir sıra qanunlara, o cümlədən ölkə Konstitusiyasına düzəlişlər etməli olduğu qeyd edilib və parlamentdən hansı qərarların gözlənildiyi də qeyd olunub.

“Mən ona dedim ki, bu işləməyəcək. Bundan başlayaraq, demokratların bizimlə heç bir əməkdaşlığa hazır olmadığı məlum oldu”, - deyə Szijarto bildirib. O, həmçinin əlavə edib ki, Macarıstan hakimiyyəti respublikaçılarla “hər zaman qarşılıqlı hörmətə əsaslanan düzgün, balanslı münasibətləri qoruyub saxlayıb”.

 

 

 

Diaspora