Kanada Fələstin dövlətinin tanınmasını dəstəkləyir - Trüdo

Kanada Fələstin dövlətinin tanınmasını dəstəkləyir - Trüdo backend

İsraillə dinc yanaşı yaşayacaq Fələstin dövlətinin tanınması son nəticədə Fələstin-İsrail münaqişəsinin sona çatmasına gətirib çıxarmalıdır.

Qaziler.az “Rambler.ru”ya istinadla xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo Vankuverdə jurnalistlərlə söhbəti zamanı deyib.

“Biz İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllini müdafiə etməyə davam edəcəyik və buna doğru çalışacağıq. İsraillilər təhlükəsiz yəhudi dövlətində yaşamayana qədər bölgədə sülh və sabitlik görməyəcəyik. Fələstinlilər də beynəlxalq sərhədlər daxilində tanınan təhlükəsiz və firavan Fələstin dövlətində öz istəklərini həyata keçirənə kimi...”, - Kanadanın Baş naziri deyib.

Trüdonun sözlərinə görə, Ottavanın beynəlxalq aləmdəki səyləri indi bu məqsədə çatmağa yönəlib.

QAZİLER.AZ

Diaspora