Son zamanlar Rusiya silahlı qüvvələrinə təslim olan ukraynalı hərbçilərin sayı kəskin artıb.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Kremldə Dövlət Dumasının rəhbərliyi və fraksiya rəhbərləri ilə görüşü zamanı bildirib.
Rusiya lideri həmçinin qeyd edib ki, Moskva ilə Kiyev arasında əsirlərin mübadiləsi üzrə iş davam edir.
“Məhkum mübadiləsi ilə bağlı işlər aparılır. Yeri gəlmişkən, sizə bildirmək istəyirəm ki, son vaxtlar təslim olan Ukrayna qoşunlarının sayı kəskin artıb”, - Putin bildirib.
QAZİLER.AZ